Müdafiə Nazirliyi işçi axtarır

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi işçi axtarır

Sosial

29 Avqust 2024 17:39 548


Müdafiə Nazirliyinin Bakı şəhərində və digər bölgələrdə yerləşən tabeliyindəki hərbi hissə və müəssisələrində vakant mühasib və baş mühasib vəzifələrinə mülki şəxslərin müsabiqə yolu ilə işə qəbulu elan edilir. 

Yenisabah.az xəbər verir ki, ən azı 2 il mühasibatlıq fəaliyyəti üzrə iş stajı olan vətəndaşlar müsabiqədə iştirak edə bilər. 

Qəbul zamanı peşəkar mühasib və maliyyə işi üzrə müvafiq sertifikatları olan şəxslərə üstünlük veriləcəkdir.  Pepperoni pizza

Müsabiqədə iştirak etmək istəyən 40 yaşadək namizədlər şəxsi telefon nömrələrini qeyd etmək şərti ilə aşağıdakı sənədləri sentyabrın 20-dək mbi-dost@mod.gov.az e-poçt ünvanına göndərə bilərlər: 

- tərcümeyi-hal;

- şəxsiyyət vəsiqəsinin surəti;

- diplomun surəti;

- müvafiq setifikatların surəti;

- əmək kitabçası və ya əmək fəaliyyəti barədə bildirişin surəti. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!