Müdafiə Nazirliyi məlumat yaydı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Fotolar

Maraqlı

18 Oktyabr 2023 18:28 1842


Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanan 2023-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər. Sezar pizza

Sonra qonaqlar Azərbaycan Ordusunun Döyüşü İdarəetmə Mərkəzi və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsini ziyarət edərək burada görülən işlərlə tanış olub.

Qeyd edək ki, özbəkistanlı hərbi nümayəndələrin səfərinin başlıca məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!