Müdafiə Nazirliyi məlumat yaydı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Fotolar

Rəsmi

30 Oktyabr 2024 18:31 2930


Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə 12 ölkədən 15 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib. pizza mizza

Ziyarətçilərə brifinq təqdim olunub. Brifinqdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tarixi, cari fəaliyyət istiqamətləri, əməkdaşlıq sahələri və perspektiv planları barədə məlumatlar verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlar limanın ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!