Müdafiə Nazirliyi məlumat yaydı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Fotolar

Rəsmi

07 İyul 2025 19:54 933


Azərbaycan Ordusunun 2025-ci tədris ilinin hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Yarışa cəlb edilən komandalar kompas və xəritədən istifadə etməklə ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayıblar. Təyin olunmuş məsafə və vaxt ərzində nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, xəritə üzərində hədəflərin aşkar edilməsi üzrə tapşırıqların icrası zamanı iştirakçılar fəallıq göstəriblər. Həmçinin hərbi qulluqçular fərdi birincilik uğrunda mübarizə aparıblar. Dominos pizza

Səmti müəyyənetmə yarışında ümumilikdə 7 komanda üzrə 28 hərbi qulluqçu iştirak edib.

Yekun nəticələrə əsasən, qalib komandalara və yüksək nəticə göstərərək fərdi birincilikdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!