Müdafiə Nazirliyi narazı əsgərə cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi narazı əsgərə cavab verdi

Xalqın səsi

30 Mart 2022 14:39 982


Müdafiə Nazirliyi həqiqi hərbi xidmət keçən əsgər Fərid İsmayılovun sosial şəbəkələrdə yaydığı iddialara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, nazirlik əsgərin ordudakı nöqsanlarla bağlı narazılıqlarını belə cavablandırıb:

"İlk olaraq qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar. pizza

Bildiririk ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.

Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik".

Xatırladaq ki, 9 aydır hərbi xidmətdə olduğunu bildirən F.İsmayılov hərbi hissə rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətsizliyi ucbatından sağlamlığına ziyan dəydiyini, orduda rüşvət və korrupsiya hallarının olduğunu iddia edib.

Əsgərin sosial şəbəkədəki paylaşımı cəmiyyətdə ciddi rezonans doğurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!