Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı - Video

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı - Video

Siyasət

22 Sentyabr 2020 13:52 2657


Müdafiə Nazirliyi piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajlarının təlimlərindən görüntüləri yayıb. 

Yenisabah.az-ın xəbərinə görə, nazirliyin bununla bağlı yaydığı məlumatda bildirilir ki, Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

“Ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir. pizza hut

Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir”, - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!