Müdafiə Nazirliyi Xocavənd və Laçınla bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi Xocavənd və Laçınla bağlı açıqlama yaydı

Rəsmi

27 Oktyabr 2020 20:46 7754


Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Məlumatda bildirilir ki, əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb. Sezar pizza

Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!