“Müdafiə Nazirliyində daha yüksək rütbəlilərin də həbsi ehtimal edilir” 

saytların hazırlanması

Evə çatdırılma

“Müdafiə Nazirliyində daha yüksək rütbəlilərin də həbsi ehtimal edilir” 

Siyasət

14 Fevral 2022 12:28 6948


“Müdafiə Nazirliyindəki həbslər, əslində, gözlənilən idi. Çünki yoxlamalar keçən ilin mart ayından başlamışdı. Bunu, yoxlamaların bir məntiqi nəticəsi kimi də dəyərləndirmək olar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyev deyib. O, DTX tərəfindən Müdafiə Nazirliyində keçirilən əməliyyat barəsində fikirlərini səsləndirib:

“Hesab edirəm ki, maliyyə pozuntularına yol verən şəxslər, heç də həmin qurumlarda yüksək vəzifəli şəxslər deyil. Odur ki, burada başqa şəxslərin və daha yüksək rütbəlilərin də həbsi barədə məlumatların ola biləcəyi ehtimalını daha da gücləndirir. pizza sifarişi

Bu kadr siyasətində də müəyyən narazılıqlar mövcuddur. Ordu sıralarına aid olmayan insanları digər qurumlarda rəhbər vəzifələrə yerləşdirmək, orduda xidmət edən veteran zabitlərin də ciddi narazılıqlarına səbəb olmuşdur. Hesab edirəm ki, DTX bu məsələləri kompleks bir şəkildə araşdıracaq və əvvəlki illərədən fərqli olaraq bu dəfə biz bu yoxlamaların məntiqi nəticəsini görə biləcəyik”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!