Müdafiə Nazirliyinin açıqlamasında üç önəmli məqam:   Antiterror əməliyyatına işarə...

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyinin açıqlamasında üç önəmli məqam: Antiterror əməliyyatına işarə...

Siyasət

15 Oktyabr 2021 19:16 2570


Qarabağda erməni terrorçuların hücumu nəticəsində Ordumuz şəhid verib.

Müdafiə Nazirliyinin rəsmi məlumatında üç mühüm məqam var:

Birincisi, hücum ermənilərin terror aktı kimi qeyd olunur: bu, antiterror əməliyyatına əsas yaradır; Toyuqlu pizza

İkincisi, Rusiyaya mesaj verilir: terror hücumu rus sülhməramlılarının fəaliyyətinə kölgə salır;

Üçüncüsü, antiterror əməliyyatının keçirildiyinə, yaxud hazırlığına işarə edilir:

- “Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcəkdir” qeydi bu ehtimalı gücləndirir;

- istisna deyil ki, terrorçulara qarşı cavab addımı atılıb, yaxud atılması istiqamətində hərəkətə keçilib;

- bunu hadisələrin inkişafında biləcəyik, “qəti addımlar bundan sonra da davam etdiriləcək” qeydi xüsusilə diqqət çəkir;

Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını ön plana çıxardı. Və burada diqqətçəkən məqamlardan biri də erməni qoşunlarının səssiz çıxarılmasının Moskvaya da sərf etmədiyidir: antiterror əməliyyatı siyasi baxımdan bütün tərəflər üçün yeganə çıxış yolu kimi görünür;

MN-nin rəsmi məlumatının mətnini Bakının son xəbərdarlığı hesab etmək olar.

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!