Müdafiə Nazirliyinin manqa komandiri dələduzluğa məruz qalıb - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyinin manqa komandiri dələduzluğa məruz qalıb - TƏFƏRRÜAT

Kriminal

15 Noyabr 2025 01:06 816


Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.

"Yeni Sabah" "Teleqraf"a istinadən xəbər verir ki, 38 yaşlı Rəmzi Qasımovun barəsindəki cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

İttihama görə, Rəmzi Qasımov tanışı Natiq adlı şəxsə qarşı dələduzluq edərək ondan 1 347 manat pul alıb. O, həmin məbləğin müqabilində Natiqin banka olan kredit gecikmələrini sildirəcəyini və 25 min manat kredit əldə etməsinə kömək edəcəyini vəd edib. Lakin pulu aldıqdan sonra vədlərinə əməl etməyib. Marqarita pizza

Məhkəmədə ifadə verən R.Qasımov maddi imkanının olmadığını, dəymiş zərəri ödəyə bilmədiyini və əməlindən peşman olduğunu bildirib.

Məlum olub ki, zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edir.

Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Rəmzi Qasımov dələduzluq əməlini törətməkdə təqsirli bilinib. Onun əvvəlki şərti cəzası ilə birlikdə cəzaları birləşdirilərək 1 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilərək o, məhkəmə zalında həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!