Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı

Rəsmi

23 Fevral 2026 11:40 738


Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılr.

Bundan başqa, xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları  aprelin 1-dən 30-dək ehtiyata buraxılır. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!