Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Sosial

05 Fevral 2019 19:57 830


Fevralın 8-də paytaxtın Səbail, Yasamal və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

BŞTİ-dən “Yeni Sabah” verilən məlumata əsasən, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 163 nömrəli tam orta məktəbdə (Ünvan: Səbail rayonu, A.Məmmədov küçəsi 86) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq. Marqarita pizza

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!