Müəllimini güllələyən şagirdin   ŞOK “TikTok” paylaşımları ÜZƏ ÇIXDI

saytların hazırlanması

Evə çatdırılma

Müəllimini güllələyən şagirdin ŞOK “TikTok” paylaşımları ÜZƏ ÇIXDI

Kriminal

08 Fevral 2026 14:39 5023


Bakıdakı “İdrak” liseyində müəllimini güllələyən şagirdin qəribə "TikTok" repostları diqqət çəkib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat Şedevr telegram kanalında paylaşılıb.

Belə ki, onun paylaşımlarından Vladislav Roslyakova xüsusi rəğbət bəslədiyi görünür. Demək olar ki, şagirdin bütün "TikTok" repostları məhz Roslyakovla bağlıdır. Toyuqlu pizza

Qeyd edək ki, Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecinə ov tüfəngi ilə gələrək, 20 tələbəni öldürmüş, 60-dan çox insanı isə yaralamışdı.

Bu hadisə Rusiya tarixində ən ağır məktəb hücumlarından biri hesab olunur və “Kerç Kolumbaynı” adlandırılır. Hadisə ABŞ-da baş vermiş Kolumbayn məktəb atışmasından ilhamlanaraq törədilmişdi./News24.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!