Cənubi Afrika ölkəsi olan Zimbabvedə müəmmalı bir xəstəlik səbəbilə 2 həftə ərzində daha 12 fil tələf olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Zimbabve Milli Parkları və Vəhşi Yaşam İdarəsinin direktoru Fulton, Upenyu Manqvanya açıqlama verib. Onun sözlərinə görə, ölən fillərin sayı 34-ə çatıb.
Xatırladaq ki, fillər 24 avqustdan bəri bilinməyən səbəbdən ölürlər. Ölkənin qonşusu olan Botsvana da 3 ay ərzində ən az 350 fil tələf olub. Zimbabvenin özündə isə quraqlıq səbəbilə ötən il 200 fil ölüb. pizza
Telegram kanalımız