Müğənni Almaxanım jurnalist Əli Vəliyevə məhkəmədə uduzdu   - ÜZR İSTƏYƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Müğənni Almaxanım jurnalist Əli Vəliyevə məhkəmədə uduzdu - ÜZR İSTƏYƏCƏK

Şou

11 Mart 2026 19:55 1155


Müğənni Almaxanım Əhmədli və atası Vüqar Əhməd məhkəmədə Manset.az saytının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevə uduzub.

"Yeni Sabah" Lent.az-a istinadla xəbər verir ki, müğənni jurnalistdən üzr istəyəcək. Bu barədə sualları cavablandıran Ə.Vəliyev deyib ki, proses bu gün baş tutub:

“Səbail rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olundu ki, Almaxanım Əhmədli təkzib verməli, üzr istəməli, haqqımda bütün yazdıqlarını silməlidir”. Dördpendirli pizza

Baş redaktor qeyd edib ki, o, Almaxanım və Vüqar Əhmədi ona böhtan atdığı üçün məhkəməyə verib:

“Bir ara Mədəniyyət Nazirliyinə qarşı müğənnilər tərəfindən hücumlar başlamışdı. Mən də video çəkərək nazirliyə qarşı bu hücumların əsassız olduğunu söylədim. Bu videodan sonra Almaxanım məni nazirlikdən rüşvət almağımla bağlı ittiham etdi. Həmin ittihamlar əsasında Almaxanımı və Vüqar Əhmədi məhkəməyə verdim. Onların mənə qarşı olan iddiaları isə təmin edilmədi". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!