Müğənni Kərimin döyülməsi –   Əslində, günahkar kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Müğənni Kərimin döyülməsi – Əslində, günahkar kimdir?

Şou

23 May 2019 09:07 1343


Müğənni Kərim Abbasovun sosial şəbəkədə zorakılığa məruz qalmasına dair video paylaşdığı haqqında məlumat vermişdik. Müğənni qeyd etmişdi ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib. Sonra həmin şəxs K.Abbasovu döyüb.

Lakin “AzPolitika” araşdırıb ki, əslində məsələ Kərimin iddia etdiyi kimi sadə deyil və o da heç göründüyü kimi məsum deyil: mübahisə məhz müğənninin günahı ucbatından baş verib.

Belə ki, mayın 20-də saat 17:00 radələrində “Grand Şiroki” markalı avtomobildə Binəqədi yolu ilə üzü şəhərə doğru hərəkət edən müğənni təhlükəli manevrlər edərək qəza şəraiti yaradıb. Həmin istiqamətdə hərəkət edən Elvin Ramazanov ona etirazını bildirdikdə müğənni özündən çıxıb, söyüş söyməyə başlayıb. Buna baxmayaraq, yanında qadın olduğundan E.Ramazanov hərəkəti davam etdirsə də müğənni sakitləşməyib. pizza

Bir xeyli təqib etdikdən sonra isə E.Ramazanovun idarə etdiyi avtomobilin qarşısını kəsərək avtomobildən düşüb, çəkiliş apara-apara ona doğru yüyürüb. Bu zaman həm də ağır söyüşlər söydüyündən Elvin əsəblərinə hakim ola bilməyib, maşından düşərək ona eyni tərzdə cavab verib və tərəflər əlbəyaxa olublar.

Müğənninin yaydığı qısa videokadrlardan da görünür ki, hücum edən tərəf özüdür. E.Ramazanov isə maşınında oturub.

Diqqət çəkən məqamlardan biri də budur ki, müğənninin yaydığı kadrlarda səs eşidilmir. Bu da təsadüfi deyil – səs verilsə kimin günahkar olduğu açıq görünə bilərdi. Çünki Kərim E.Ramazanova doğru hücum edərkən həm də ən nalayiq söyüşlərdən istifadə edirdi.

Bütün bunları hadisənin baş verdiyi ərazidəki müşahidə kameralarının yaddaşından da görmək mümkündür. Yəni hadisə məhz müğənninin yolda özünü apara bilməməsi üzündən baş versə də, o, baş verənləri şouya çevirib, sosial şəbəkələri və medianı işə qoşmaqla, qabaqdangəlmişlik edib.

Əsl həqiqət isə polisdə aparılan təhqiqatdan və ərazidəki müşahidə kameralarının yaddaşına nəzər yetirilməsindən sonra üzə çıxacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!