Müğənni Pünhan Piriyevin hərəkətinə görə telekanala   POLİS GƏLDİ - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Müğənni Pünhan Piriyevin hərəkətinə görə telekanala POLİS GƏLDİ - VİDEO

Şou

28 Noyabr 2025 18:15 12667


"Space TV"də Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Tarixin bir günü" verilişində maraqlı anlar yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, verilişə dəvət olunan müğənni Pünhan Piriyev efirə gecikib. O, verilişə gəldikdən sonra gecikmə səbəbini avtomobil yollarındakı sıxlıqla əlaqələndirib.

Efirdə reklam fasiləsindən sonra P.Piriyevin telekanala gələrkən qaydalara zidd hərəkətə yol verdiyi məlum olub. Bunu verilişin aparıcı canlı yayımda açıqlayıb. Tarix Əliyev müğənninin yol polisinə qarşı qaydalara zidd davranışı səbəbindən "Space TV"yə polis əməkdaşlarının gəldiyini bildirib. Sezar pizza

Pünhan Piriyev baş verən xoşagəlməz olaya elə qonağı olduğu verilişdə aydınlıq gətirib:

"Efirə gecikirdim və yollar bağlanmışdı. Əlimlə işarə etdim ki, yolu açın keçim. Polis məni başa düşmədi, ya da bu hərəkətimi yanlış anladı. Aydınlaşacaq".

Daha sonra aparıcı Pünhan Piriyevin köməkçisinin izahat yazmaq üçün polis bölməyə aparıldığını qeyd edib.

Həmin videogörüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!