Göyçay rayonunda ölüm hadisəsi baş verib.
Yenisabah.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1938-ci il təvəllüdlü Səməndər Məmmədov qoyun sürüsünün altında qalaraq yıxılıb və xəsarət alıb. Dördpendirli pizza
Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Məmmədov orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S.Məmmədov uzun müddət Göyçayda müğənniliklə məşğul olub.
Telegram kanalımız