Aparıcı Mikayıl Güləddinoğlunun öz verilişində mahnı oxuması barədə məlumat vermişdik. Onun ifa etdiyi “Ürəyim” adlı mahnı sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Bunun bağlı “Yeni Sabah”a açıqlama verən aparıcı məsələyə aydınlıq gətirib. O bildirib ki, bu tendensiya dünyanın hər tərəfində var:
“Məndən qabaqkı şoumenlər də öz verilişlərində bunu ediblər. Bu o demək deyil ki, mən gələcəyin müğənnisi olacam. Sadəcə musiqi təhsilim olduğu üçün bunu etdim. Mən musiqi məktəbini qırmızı diplomla bitirmiş adamam, yeddi il fortepiano təhsilim var. “Qönçə-94” müsabiqəsinin laureatı olduğum üçün bu mahnını oxudum. Bilənlərə bəllidir ki, el şənliklərində həm aparıcılıq edirəm, həm də oxuyuram. Sözügedən “Ürəyim” adlı mahnının sözləri də mənimdir. Bundaq qabaq da müğənnilərə mahnı sözü yazmışam”. Dominos pizza
Əcəmi Əsədulla
Telegram kanalımız