Müğənninin “ərinin orasını-burasını yuyan” sözləri ilə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Müğənninin “ərinin orasını-burasını yuyan” sözləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Şou

16 Aprel 2026 09:54 8017


Audiovizual Şura müğənni Nigar Camalın “Maska” şou verilişində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qurumdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, sənətçinin qatıldığı verilişin monitorinqi aparılıb və qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanmayıb:

Qeyd olunub ki, aprelin 5-də saat 21:00-23:24 aralığında İTV-də yayımlanan “Maska” şou proqramının müvafiq buraxılışı təkrar monitorinq olunub: “Aparılan monitorinqin nəticələrinə əsasən, proqram zamanı səsləndirilən ifadələrin məzmununda qüvvədə olan media qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilməyib. Yayım zamanı ictimai maraqlara, habelə qanunvericiliklə qorunan digər hüquq və mənafelərə zidd hər hansı hal aşkarlanmayıb. Qeyd olunanları nəzərə alaraq, mövcud fakt üzrə hər hansı hüquqi məsuliyyət tədbirlərinin tətbiqi üçün əsaslar müəyyən olunmayıb”. Dominos pizza

Qeyd edək ki, Avraviziya qalibi Nigar Camal “Maska” şouda münsif kimi iştirak edir. O, efirdə iştirakçılardan biri haqqında danışarkən “ərinin orasını-burasını yuyan” sözlərini işlədib.

Nigarın bu ifadəsi müğənni Ofelya Şabanova haqqında olub.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Qurban
    Nigar Camal daha nə deməlidi ki, Audio Vizual Şura orda qanun pozuntusu tapsın.Yəqin deməli idi ,"ərinin gotunü başını " yuyur, onda səhv tutardılar.
    1 month ago