Mühafizəçilər qadını sürüdü -   “Gənclik mall”da insident

saytların hazırlanması

Evə çatdırılma

Mühafizəçilər qadını sürüdü - “Gənclik mall”da insident

Kriminal

27 Avqust 2019 15:46 1538


Bu gün “Gənclik mall” da mühafizəçilərlə müştəri arasında insident yaşanıb.

"Yeni Sabah" bildirir ki, bu barədə hadisəyə şahidlik etmiş şəxslər sosial şəbəkədə məlumat yayıblar. Onların sözlərinə görə, “Gənclik mall”un mühafizəçiləri bir xanımı hər kəsin içində uca səslə təhqir edib, hətta sürüyüblər. 

“Qafqazinfo” məsələ ilə bağlı ticarət mərkəziylə əlaqə saxlayıb. Məlumat mərkəzindən belə bir halın baş verdiyi təsdiqlənib. Bildirilib ki, həmin xanım mərkəzdə salfet satmaq istəyirmiş: “Mühafizəçilər təlimata uyğun olaraq, həmin xanımın oranı tərk etməsini istədilər. O isə təlimata əməl etməyərək mühafizəçini vurub. Mühafizəçilər bu vəziyyətdən sonra xanımı oradan güclə çıxartdılar. Belə bir halın yaşanmasına görə, sözügedən mühafizəçilərə töhmət verilib”. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!