“Rusiya günçıxandan günabatanadək uzanan bir ərazidir. Yeraltı və yerüstü sərvətləri də kifayət qədərdir. O cümlədən kosmosu fəth edən və nüvə dövlətidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
O, amerikalı ekspertlərin “Rusiya Ukraynada yalnız 6 ay müharibə aparmağa tab gətirə bilər” fikrinə münasibət bildirib: pizza
“Bu cür rəylər ABŞ-ın apardığı psixoloji müharibənin nəticəsidir. Rusiyanı iqtisadi sanksiya tətbiq etməklə çökdürmək absurd fikirdir. Əgər iqtisadi sanksiya ilə dövlət dağıtmaq olsaydı, İranla Şimali Koreya çoxdan süqut etməli idi.
İkincisi, iqtisadi sanksiyalar dolayısıyla Avropa dövlətlərini çökdürməkdədir. Çünki Avropa dövlətlərində həm qida problemi, həm də enerji böhranı yaranmaqdadır. Bunun fonunda iqtisadiyyata çox böyük zərbələr dəyir. Yəni təsirin əks-təsirə bərabərlik prinsipi var və bu, materiya qanunudur.
Rusiya İkinci Dünya müharibəsindən sonra istehsal etdiyi bütün hərbi texnikanı tam həcmdə istifadə etməyib. Müharibənin birinci fazasında Rusiya 50-60-cı illərin texnikası ilə döyüşə girmişdi. İkinci fazada artıq müasir silahlardan istifadə edilir”.
A. Məsiyev hesab edir ki, Rusiya, ümumiyyətlə, Ukrayna münaqişəsində öz hərbi potensialının heç 10%-ini istifadə etməyib:
“Rusiya kifayət qədər böyük əhaliyə malikdir, hələlik qismən səfərbərlik elan edilib. Fikrimcə, Rusiya həm texniki, həm iqtisadi, həm də insan resursları ilə bu müharibəni 10 il də davam etdirə bilər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız