Müharibə başlayandan Mariupolda 20 mindən çox dinc sakin həlak olub

saytların hazırlanması

Evə çatdırılma

Müharibə başlayandan Mariupolda 20 mindən çox dinc sakin həlak olub

Dünya

24 Aprel 2022 20:40 494


Rusiyanın başlatdığı genişmiqyaslı müharibənin başlanğıcından indiyədək Mariupolda 20 mindən çox dinc sakin həlak olub.

Yenisabah.az xəbər verir ki, bu barədə şəhərin meri Vadim Boyçenko “Ukrayna 24” telekanalının efirində deyib.

Boyçenko, həmçinin qeyd edib ki, qarşı tərəf şəhərdən təxliyə prosesinə əngəl törədir. Marqarita pizza

"Biz başa düşürük ki, 100 mindən çox insan təəssüf ki, şəhərdə qalıb. Onlar xilas üçün yalvarırlar”, - mer qeyd edib.

Bundan əvvəl BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mariupoldakı vəziyyətdən narahatlığını bildirib və mülki əhalinin şəhərdən təxliyəsi üçün təcili humanitar yardım çağırıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!