“Müharibə bir neçə ay, hətta bir neçə il davam edə də bilər“   - Elçin Mirzəbəyli

saytların hazırlanması

Evə çatdırılma

“Müharibə bir neçə ay, hətta bir neçə il davam edə də bilər“ - Elçin Mirzəbəyli

Siyasət

04 Aprel 2022 16:31 551


“Əslində, simvolizə edilmiş tarixlər Rusiyanın müasir siyasətində özünü bu və ya digər şəkildə büruzə verdiyi üçün 9 Mayla bağlı məqama xüsusi olaraq toxunulur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ictimai-siyasi əlaqələr üzrə sədr müavini Elçin Mirzəbəyli deyib.

BAXCP funskioneri Rusiya-Ukrayna müharibəsinin 9 mayda bitəcəyi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib: Pepperoni pizza

“Digər bir aspekt də var ki, Rusiya özünün hərbi müdaxiləsinin Ukraynadakı millətçiliyə qarşı olduğunu bəyan edir. Təbii ki, bu, özünü doğrultmasa da, bütün ideoloji xətt bunun üzərində qurulub. Bu aspektdən, çox güman ki, 9 Mayla bağlı səsləndirilən fikirlərin təməlində elə bu amillər dayanır.

Rusiyanın bu müharibədə qələbə qazanmaq imkanları olsa da, 9 May tarixinə başqa bir hadisənin  əlavə edilməsi Rusiyanın ideoloji prioritetlərinə qətiyyən uyğun deyil. Ümumiyyətlə, İkinci Dünya müharibəsindəki qələbə müasir Rusiyanın vətənpərvərlik ruhunda apardığı təbliğatın əsasını təşkil edir və buna başqa bir ziddiyətli alternativin qatılması, fikrimcə, məqsədəuyğun olmazdı”.

E. Mirzəbəyli əlavə edib:

“Amma müharibənin nə zaman başa çatacağı barədə fikir söyləmək də kifayət qədər çətindir. O, mayın əvvəllərində də, bir neçə ay sonra da başa çata, yaxud bir neçə il də davam edə də bilər. Hər şey prosesinn gedişatından və iki tərəf arasında razılaşmaların əldə olunub-olunmamasından asılıdır.

İndiki şəraitdə bir sıra fundamental məsələlərlə bağlı ortaq nəticələrə gəlinib. Bu, Ukraynanın neytrallığının təmin olunması məsələsi ilə yanaşı, Ukraynanın NATO-ya üzv olmayacağıdır. Rusiyanın əsas iddiaları Krım məsələsidir və bu məsələnin də müəyyən qədər müzakirə mövzusu olacağı və həllinin ləngidələcəyi ilə bağlı Ukrayna tərəfindən müəyyən mülahizələr də səsləndirilib. Yəqin ki, bu mülahizələrin qiymətləndirilməsi də müəyyən qədər vaxt aparacaq”.

“Arzu edirəm ki, müharibənin tarixi uzanmasın. Çünki müharibənin uzunmüddətli olması, mahiyyət etibarilə çox böyük – daha geniş miqyasda fəlakətlərə yol aça bilər.

Prinsip etibarilə mövcud şərtlər daxilində və mövcud situasiyada Rusiyanın müəyyən qədər təzyiqlərini davam etdirəcəyini gözləyirəm. Məhz bu təzyiqlərlə bağlı qiymətləndirmədən sonra danışıqların növbəti mərhələsində hansısa nəticə əldə etmək olar”, - deyə E. Mirzəbəyli yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!