“Aksiya doğru addımdır. Oradakı əməyi keçən və iştirak edən hər kəsə təşəkkür edirəm. Tədbirə qatılan insanların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bilirəm ki, hava şərtləri buna imkan vermir, soyuqdur, amma bu, çox önəmli və əhəmiyyətli bir işdir, şübhəsiz, nəticə verəcək”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Xaləddin İbrahimbəyli deyib.
“Bu addımı mülki əhali atıb. Biz güclə bu məsələni həll etmək istəmədik. Ruslarla erməni separatçıları Azərbaycanın sərvətlərini talayır, habelə Azərbaycanın bu bölgəsinə dövlətimizin nümayəndələrini göndərməsinə imkan vermirlər, qapalı bir mühit yaradıblar, orada nə iş görürlər, heç kəs bilmir. Ona görə də Azərbaycan xalqı və dövlətinin haqqıdır ki ərazisində suverenliyini bərpa etsin. Amma ərazimizin bir hissəsinə hələ də sahib deyilik və bu yol artıq bağlanmalıdır”, - deyən ekspertin fikrincə, yolun bağlanmasının 2 mühüm əhəmiyyəti var: Pepperoni pizza
“Birinci əhəmiyyəti odur ki, sərvətlərimizin daşınmasının qarşısı alınacaq, ikincisi isə Zəngəzur dəhlizinin açılması üçün yeni bir situasiya yaranacaq. Ermənilər anlamalıdır ki, Xankəndidəki soydaşları ilə əlaqə saxlamaq istəyirlərsə, o zaman Azərbaycanın Naxçıvan əhalisi ilə əlaqə saxlamaq hüququnu tanımalı və buna imkan verməlidirlər. Eləcə də Laçın dəhlizinin statusu nədirsə, Zəngəzur dəhlizinin statusu ondan da yüksək olmalıdır. Çünki Qarabağda 25 min erməni varsa, Naxçıvanda 400 minə yaxın azərbaycanlı yaşayır. Buna görə də ermənilər bunun nə demək olduğunu anlamalıdır və məncə, nəhayət, anlayacaqlar”.
Professor arzu edir ki, aksiyadakı mülki şəxslər sayı çoxalsın və yavaş-yavaş erməni əhalisi ilə dialoq qurmaq üçün Xankəndiyə getsinlər:
“Bu zaman rusların “biz sülh yaratmaq üçün buradayıq” şüarı iflasa uğrayacaq. Çünki siz, ruslar, hər zaman müharibə tərəfdarı olmusunuz. Ermənilər də anlamalıdır ki, onların qarantı rus sülhməramlıları deyil, Azərbaycan dövlətidir. Əgər sülhməramlıların orada sülh yaratmaq missiyası var idisə, niyə həmin terrorçu qruplaşmaları indiyə qədər tərksilah etməyiblər?!”
“Mülki əhali Xankəndiyə gedəndən sonra, əgər hər hansı bir şey baş versə, bu zaman artıq ordu işə qarışmalı olacaq. Onsuz da bölgədə hazırda İran və Rusiya müstəqilliyimizə böyük bir təhdid olaraq qalır. Ona görə də Türkiyə silahlı gücüylə bizim yanımızdadır. Bu dövlətlər isə bizə savaş aça bilməz, çünki öz torpağımızdayıq, kiminsə ərazisində deyilik. Qısası, əgər müharibə istəmirlərsə, mülki əhalimizi Xankəndiyə buraxmalıdırlar”, – X. İbrahimli fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız