Fast food restoranlar şəbəkəsi McDonald's fevralın 24-də Ukraynada, martın 14-də isə Rusiyada fəaliyyətini dayandırıb.
Şirkətin 2022-ci ilin birinci rübü üzrə hesabatına görə, Rusiya və Ukraynada müəssisələrin bağlanması 127 milyon dollar zərərlə nəticələnib.
Yenisabah.az Vesti.ru-ya istinadla xəbər verir ki, o cümlədən, itkilərin 27 milyon dolları icarə haqqı, xidmətlər və işçilərin əmək haqqı, 100 milyon dolları isə məhsulların silinməsi ilə bağlıdır. pizza hut
McDonald's, Rusiyadan çıxma səbəbiylə ayda 50 milyon dollar itki proqnozlaşdırmışdı. Şirkət Rusiya və Ukraynada fəaliyyətini nə vaxt bərpa edəcəyini bilmir. McDonald's vəziyyəti izləyir və iyun ayından gec olmayaraq bərpa olunacağına ümid edir.
Ümumilikdə isə, birinci rübdə McDonald's gəliri 11% artaraq 5,66 milyard dollara çatıb.
Cavad Salmanlı
Telegram kanalımız