Müharibə neçəyə başa gəlir? - “Rusiyanın gündəlik xərci 2 milyard dollara yaxındır“

saytların hazırlanması

Evə çatdırılma

Müharibə neçəyə başa gəlir? - “Rusiyanın gündəlik xərci 2 milyard dollara yaxındır“

Siyasət

05 Aprel 2022 16:00 888


“Müharibənin danışıqlar yolu ilə yekunlaşması ehtimalı daha yüksəkdir”.

Bunu Yenisabah.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi artıq 41 gündür davam edir. Müharibənin qısa müddətdə başa çatacağı ilə bağlı proqnozlar özünü doğrultmadı. Əksinə, son günlər hərbi əməliyyatların aylarla, hətta illərlə davam edə biləcəyi proqnozlaşdırılır. Lakin belə bir rəy də var ki, hər iki tərəfin davamlı müharibəyə iqtisadi potensialı çatmayacaq. pizza hut

Natiq Cəfərli bildirib ki, hər iki tərəfin tam qələbəsi qeyri-mümkündür:

“Çox istərdik ki, bu müharibə tezliklə bitsin. İnsan ölümləri, vətəndaşların həlak olması, şəhərlərin və kəndlərin dağıdılması əksəriyyəti çox ciddi şəkildə narahat edir. Müharibənin nə qədər davam etməsi Rusiyanın məqsədinə çatması ilə əlaqədardir. Hərbi anlamda pat vəziyyəti yaranıb. Nə Rusiyanın, nə də Ukraynanın tam qələbəsi mümkündür.

Rusiyanın qələbəsi o deməkdir ki, Ukraynanın paytaxtını ələ keçirib, özünə yaxın hökumət qurdursun. Kiyev ətrafından rus qoşunlarının çıxarıldığını nəzərə alsaq, bu, çox çətin görünür”.

Ekspertin sözlərinə görə, hər iki tərəf müharibə uzandıqca həm insan, həm də iqtisadi itkilərin artacağını anlayır:

“Ukraynanın da hərbi qələbəsi qeyri-mümkündür. Qələbə o olardı ki, Krımı da, Donbası da işğalçılardan təmizləsin, öz sərhədlərinə çıxsın.

Müharibənin danışıqlarla yekunlaşması ehtimalı daha yüksəkdir”.

N. Cəfərli qeyd edib ki, bu müharibə illərlə, aylarla davam edə bilməz:

“Ukraynanın hesablamalarına görə, artıq 30 milyard dollar sırf hərbiyə pul xərcləyiblər. Bundan başqa, ölkəyə 500 milyard dollara yaxın ziyan dəyib.

Rusiyanın da vəziyyəti yaxşı deyil. Gündəlik 2 milyard dollara yaxın xərci çıxır. Lakin sanksiyaların vurduğu ziyan və Rusiya Mərkəzi Bankının dondurulmuş hesablarını nəzərə alsaq, indiyə qədər yarım trilyon dollara yaxın ziyana düşüb. 

Əsas məsələ "Rusiya nəyə qane olacaq" sualının cavabındadır. Donbas sərhədinə çatdıqda, qondarma respublikaların sərhədlərini bərpa etdikdə, dayanacaqmı, dayanmayacaqmı? Müharibənin bitməsi Rusiyanın son qərarından asılıdır”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!