“Müharibə olmayacaq, amma toqquşma qaçılmazdır” - “ABŞ-dan dəstək almışıq”

saytların hazırlanması

Evə çatdırılma

“Müharibə olmayacaq, amma toqquşma qaçılmazdır” - “ABŞ-dan dəstək almışıq”

Siyasət

23 Mart 2023 13:15 3965


“Ermənistan ona verilmiş tapşırıqları ustalıqla yerinə yetirir və o tapşırıq da plan üzrə gedir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, son günlər Ermənistandan Qarabağın dağlıq hissəsinə intensiv şəkildə daşınan silah-sursatlardan, habelə Ermənistan tərəfinin açıq müharibə ritorikası ilə səsləndirdiyi çıxışlardan söz açıb.  Dördpendirli pizza

“Əgər biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla Moskvadakı sonuncu görüşündə səsləndirdiyi fikirlərə diqqət yetirsəydik, bundan sonra Azərbaycan Xarici İşlər Naziri dərhal Rusiyaya etiraz notası verməli idi. Çünki Lavrovun çıxışında Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən xeyli fikirlər səsləndirildi. Üstündən bir neçə gün keçməsinə baxmayaraq, Lavrovun Mirzoyanla əvvəlcədən razılaşdırılmış bəyanatına zərrə qədər də olsun reaksiya verilmədi. Ermənilər də öz bildiyini edir və hər şey onların planı üzrə gedir”, - deyə mütəxəssis etirazını bildirib. 

Polkovnik xatırladıb ki, martın 5-də baş verən hadisənin üstündən 20 günə yaxın vaxt keçəndən sonra biz belə bir bəyanat verdik ki, qanunsuz erməni silahlılrı dərhal oradan çıxmalıdırlar, qeyri-qanuni fəaliyyət dayandırılmalıdır və s:

“Üstündən 2 gün keçəndən sonra biz belə bir mənzərənin şahidi olduq ki, Rusiya bədməramlıları qeyri-qanuni erməni birləşmələrini müşayiət edib Qarabağa silah-sursat daşıyırlar. Üstündən bir neçə gün keçdi, amma müsbət heç nə olmadı. Əksinə, biz Müdafiə Nazirliyinin ictimailəşdirdiyi görüntülərin şahidi olduq. 

Bu gün onlar Qarabağa silah-sursat daşıyırlar. Eləcə də sülh müqaviləsini imzalamamaq üçün növbəti toqquşmanın bir addımlığındadırlar. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığında bir daha qeyd etdi ki, Ermənistanın Qarabağda 10 minə yaxın silahlı birləşməsi var. Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib və yetirmək də istəmir”. 

Müsahibimiz aydınlaşdırıb ki, biz bu məsələnin kökündə Rusiyanın dayandığını birdəfəlik anlamalıyıq: 

“Başa düşməliydik ki, Rusiya 10 noyabr sazişini imzalamasaydı, bu proses heç durmayacaqdı. Amma Rusiya 2016-cı ildə də, 2020-də də, hətta 2022-ci ildə də Azərbaycana xəyanət etdi. Bu gün də biz eyni mənzərənin şahidi oluruq və təəccüblü heç nə yoxdur”. 

Ekspertin qənaətinə görə, müharibə olmayacaq, amma lokal toqquşma qaçılmazdır:

“Çünki Azərbaycan mövqelərinə atəş açılır, Azərbaycan əsgər və zabitləri şəhid edilir. Ona görə də Laçın rayonunun girəcəyində həmin o nəzarət-buraxılış məntəqəsini qoymayınca, bu biabırçılıqlar və gərginliklər davam edəcək. İndiyə qədər Turşsu-Xəlfəli-Xankəndi torpaq yolu ilə də silah daşınıb və bu gün də daşınır”. 

“ABŞ tərəfi də sonuncu bəyanatında Azərbaycana dəstəyini ifadə etdi. Dövlət katibi Entoni Blinkenlə yanaşı ABŞ-ın Qafqaz üzrə nümayəndəsi Lyuis Bono açıq şəkildə Azərbaycanı dəstəkləyərək bildirdilər ki, biz Azərbaycanın təhlükəsizliyini başa düşürük. Bundan artıq nə deməlidirlər, axı? ABŞ deyə bilməz ki, biz sizə Laçında postunuzu qurmağa icazə veririk. Onlar dedilər ki, biz Azərbaycanın humanitar yüklərin keçirilməsinə şərait yaratmasını istəyirik. Yəni ABŞ hərbi yüklərin keçirilməsinə qarşıdır və Azərbaycan bunun qarşısını almalıdır. Diplomatiyada deyilən cümlələrin başqa açıqlamaları da var. Bunun da açıqlaması odur ki, siz oraya öz postunuzu qoyun və imkan verməyin ki, silah-sursat daşınsın, amma mülki avtomobillərin keçməsinə icazə verin. Bundan artıq Azərbaycana hansı mesaj verilməlidir?!”, - əlavə edib. 

“Təəssüflənirəm ki, biz çox zaman verdiyimiz bəyanatın davamını gətirmirik. Verdiyimiz bəyanatın davamı o olmalı idi ki, o post orada artıq qurulsun və bədnam qonşularımız, habelə Fransa, Rusiya və digər ölkələr ciddi nəticə çıxarsın. Bu gün yaşadığımız mənzərə isə göz qabağındadır”, - yekunlaşdırıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!