Ermənistan Baş naziri Nikol Paşinyan 2020-ci ilin payızında baş verən 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasındakı çıxışı zamanı digər suallarla yanaşı, həyat yoldaşı Anna Akopyanın o dövrdə niyə bunkerə getdiyi sualına da cavab verib.
Paşinyan deyib: “Sizin Stepanakertin (Azərbaycanın Xankəndi şəhəri – red.) o günləri barəsində necə təsəvvürə malik olduğunuzu bilmirəm. Lakin bir çox adamlar, o cümlədən, qadınlar şəhəri tərk eləişdilər. Belə bir ideya oldu: Anna Akopyanın orada olması hər şeyə rəğmən, Baş nazirinin həyat yoldaşının orada olduğunu göstərəcəkdi. Yoldaşım cəmi 10-15 dəqiqə bunkerdə olub, komandir heyəti ilə salamlaşdıqdan sonra gedib. Bunun müsbət təsir göstərəcəyini fikirləşirdik”.
Telegram kanalımız