Müharibə veteranlarını aldadan dələduz həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Müharibə veteranlarını aldadan dələduz həbs olundu

Kriminal

26 Sentyabr 2024 14:47 872


Nəsimi rayonunda müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, ayrı-ayrı vətəndaşların vəsaitlərini ələ keçirən Əhməd Abdulkərimovdur.

O özünü dövlət qurumlarından birinin keçmiş əməkdaşı və hüquq müdafiəçisi kimi təqdim edərək əsasən müharibə iştirakçılarını güzəştli mənzil, avtomobil,sığorta pulu,əlilliklə bağlı verilən məvacibi müddətsiz edəcəyi adı altında aldadaraq zərərçəkənlərin ümumilikdə 60 min manata yaxın pulunu ələ keçirdiyi müəyyən olunub.    Toyuqlu pizza

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Ə.Abdulkərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!