“Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi” - İlham Əliyev

Siyasət

01 Avqust 2023 22:14 809


"Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.

"Biz müharibədə qalib gəldik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik", - dövlət başçısı bildirib. Sezar pizza

Prezident qeyd edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar:

"Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!