Müharibənin 100 günü:   “Ukraynanın yalnız siyasi üstünlüyü var“

saytların hazırlanması

Evə çatdırılma

Müharibənin 100 günü: “Ukraynanın yalnız siyasi üstünlüyü var“

Siyasət

03 İyun 2022 14:50 1122


“Müharibə başladığı ilk günlərdə Ukrayna Silahlı Qüvvələri qarşısında duran tapşırıq müdafiəni təmin etmək idi”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

O, Rusiya-Ukrayna müharibəsininin 100-cü gününü şərh edib. pizza hut

R. Məmmədlinin sözlərinə görə, Rusiya sürətli hücum əməliyyatı həyata keçirərək bir neçə istiqamətdə uğur qazanmalı, zəruri strateji obyektləri və şəhərləri nəzarətə götürməli idi. 

“Bu, Kiyev vilayətinin şimal şəhərləri – Buça, İrpen, Obolon, Çernobıl, şimal-şərqdən Xarkov, habelə Mariupol, Melitopol və cənubdan – Krım istiqamətindən Xerson şəhərləri olmalıydı. Lakin Rusiya ordusu yalnız cənub, yəni Krım istiqamətində əməliyyatı uğurla həyata keçirdi və Xerson şəhəri ələ keçirərək Odessa və Mikolaivə çıxış qazandı. Həmçinin, Zaporojye vilayətinin Melitopol şəhəri nəzarətə götürüldü”.

Hərbi ekspert Rusiya ordusunun məğlubiyyətə düçar olduğu məqamlardan söz açıb:

“Xarkov və Mariupol istiqamətinə Rusiya ordusu uzun müddət sərf etməli oldu. Bu, Ukrayna ordusunun həmin istiqamətdə güclü müdafiə xətti formalaşdırması ilə bağlı idi. Amma sonda Rusiya Mariupolu nəzarətə götürdü, lakin Xarkovda uğurlu nəticə əldə etmədi.

Bunun səbəblərindən biri Rusiya Silahlı Qüvvələrinin həmin istiqamətdə effektiv fəaliyyət göstərməməsi idi. Qısa müddətdə Xarkovun müdafiəsinə əlavə hərbi birləşmələr cəlb olundu. Amma tam nəzarət əldə olunmadı.

Ümumiyyətlə, hazırkı əməliyyat şəraiti birmənalı olaraq Rusiyanın lehinədir. Müharibə Ukrayna ərazisində gedir, Rusiya faktiki olaraq Ukraynanın xeyli ərazisini işğal edib”.

Hərbi analitik əmindir ki, Ukraynanın siyasi üstünlüyü var:

“Dünya birliyi bu əraziləri birmənalı olaraq Ukrayna ərazisi sayır. Amma görünən odur ki, Ukraynaya hərbi-texniki dəstək arzuolunan səviyyədə deyil və bu vəziyyətdə Ukrayna ordusu effektiv əks-hücum əməliyyatları apara bilmir. Məsələn, təkcə Mariupolun işğaldan azad olunması üçün Ukrayna Silahlı Qüvvələrinə onlarla reaktiv yaylım atəş sistemi, özüyeriyən artilleriya qurğusu, təxminən yüz minə yaxın şəxsi heyəti və s. lazımdır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!