Muharrem İncə Kılıçdaroğlunun müdafiəsinə qalxdı: “Günah deyil”

saytların hazırlanması

Evə çatdırılma

Muharrem İncə Kılıçdaroğlunun müdafiəsinə qalxdı: “Günah deyil”

Siyasət

01 Aprel 2023 13:48 1028


Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun səccadənin üzərində durması sosial şəbəkələrin Türkiyə seqmentində etiraza səbəb olub. 

Yenisabah.az xəbər verir ki, səhvini anlayan K.Kılıçdaroğlu bu barədə “Twitter” hesabında paylaşım edərək insanlardan üzr istəyib. 

CHP sədrinin sosial mediada ard-arda tənqid edilməsindən sonra məsələyə sabiq CHP-li, müxalif “Memleket” partiyasının sədri Muharrem İncə də münasibət bildirib.  pizza hut

O, “Twitter” hesabında bu barədə yazıb: 

“Tanınmış bir ilahiyyatçıdan bu haqqda soruşdum. Mənə dedi ki, İslama görə, səccadəyə ayaqqabı ilə basmaq günah deyil. Lakin qul haqqını yemək, israf etmək, təkəbbürlü olmaq və qəlb qırmaq haram sayılır. Cismən çirkabdan arına bilərsən, amma əsas olan ruhun çirkabdan arınmasıdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!