Muharrem İnce namizədliyini kimin xeyrinə geri götürür? - Bu gün 14:00-da...

saytların hazırlanması

Evə çatdırılma

Muharrem İnce namizədliyini kimin xeyrinə geri götürür? - Bu gün 14:00-da...

Siyasət

11 May 2023 12:50 2998


Türkiyə prezidentliyinə namizəd, “Memleket” Partiyasının başqanı Muharrem İnce namizədliyini geri götürə bilər. 

Yenisabah.az bu barədə Türkiyə KİV-nə istinadla xəbər verir.

Türkiyə mətbuatının yazdığına görə, siyasətçi son qərarını verməyə çox yaxındır. İncenin qərarını açıqlamaq üçün bu gün Türkiyə saatı ilə 14:00-da Ankarada mətbuat konfransı keçirəcəyi gözlənilir. “Memleket” Partiyası başqanının namizədliyini kimin xeyrinə götürəcəyi hələ ki açıqlanmayıb. Pepperoni pizza

Qeyd edək ki, M.İnce dünən təbliğat-təşviqat kampaniyası çərçivəsində nəzərdə tutulan bütün görüşlərini təxirə salıb. Namizədliyini geri götürəcəyi ilə bağlı xəbərlərdən dərhal sonra CHP sədri Kemal Kılıçdaroğlu onu əməkdaşlığa dəvət edib. 

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!