Muharrem İncenin partiyadaşı: “Haqqımı ona halal etmirəm” 

saytların hazırlanması

Evə çatdırılma

Muharrem İncenin partiyadaşı: “Haqqımı ona halal etmirəm” 

Siyasət

26 May 2023 16:38 771


Türkiyə prezidentliyinə keçmiş namizəd, “Memleket” Partiyasının sədri Muharrem İncenin rəhbərlik etdiyi təşkilatda istefalar davam edir.

Yenisabah.az xəbər verir ki, “Memleket” Partiyasının Ordu şəhər təşkilatının 150 üzvü bu gün qurumun sıralarını tərk edib.

Ordu şəhər təşkilatının rəhbəri Mahir Akdere mətbuat üçün yaydığı açıqlamada 2,5 il əvvəl üzv olduqları “Memleket” Partiyasından ayrıldıqlarını bəyan edib: Marqarita pizza

“Biz bu yola çıxanda heç bir mənfəətimiz olmayıb. Məmləkət sevdası ilə siyasətə atılmışıq. İki il yarım çalışdıq, can qoyduq, mübarizə apardıq. Təəssüf ki, bizi xəyal qırıqlığına uğratdılar. Başda Muharrem İnce olmaqla, partiya rəhbərliyində təmsil olunan heç kimə haqqımı halal etmirəm”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!