AFFA-nın baş katibi Elxan Məmmədov Litva ilə yoxlama oyununa görə milli komandanın hər bir üzvünün 5 min manat dəyərində mükafatlandırılması ilə bağlı məsələyə münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, o, “Real TV-yə müsahibəsində Berti Foqts, Roberto Prosineçki və Qurban Qurbanovun zamanında da milliyə yoldaşlıq oyunlarına görə mükafat verildiyini bildirib:
“Mükafatlandırma sistemi həmişə vardı. Yoldaşlıq oyunu da nəzərə alınaraq, mükafatlar heç-heçə və uduşa görə verilib. Mən gördüm ki, mediada və sosial şəbəkələrdə bu məsələ müzakirə olunur, amma hiss etdim ki, süni şəkildə müzakirə aparılır. Çünki əvvəlki illərdə komandaya yoxlama oyunlarındakı nəticəyə görə, mükafat veriləndə müzakirə olunmurdu. Pepperoni pizza
Bu müzakirələr süni şəkildə yaradılıb. Hamı bilsin ki, milli komanda da oynayan futbolçular AFFA-dan maaş almır. Bir mütəxəssis demişdi ki, milliyə mükafat veriləndə burada stimullaşdırma faktoru nəzərə alınır. Mən də bunu etiraf edirəm. Futbolçular milliyə gələndə onlara gündəlik ezamiyyət xərcləri ödənilir, amma maaş olmur. Ona görə də yaxşı nəticə qeydə alınanda, qələbə və heç-heçə olanda biz çalışırıq ki, onları mükafatlandıraq”.
Qeyd edək ki, Litva ilə yoxlama matçındakı heç-heçəyə görə millinin üzvlərinin AFFA tərəfindən mükafatlandırılması media və sosial şəbəkələrdə etirazla qarşılanmışdı.
Telegram kanalımız