“Mülki əhalinin yaşadığı şəhərə hücum qəbuledilməzdir” -   İngiltərəli dramaturq

saytların hazırlanması

Evə çatdırılma

“Mülki əhalinin yaşadığı şəhərə hücum qəbuledilməzdir” - İngiltərəli dramaturq

Mədəniyyət

15 Oktyabr 2020 12:43 968


"Azərbaycan bu mübarizədə tamamilə haqlıdır. BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycana məxsus olan ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri bu günədək yerinə yetirilməyib".

Yenisabah.az xəbər verir ki, bu sözləri ingiltərəli şair, yazıçı, dramaturq, aktyor və rejissor Devid Uilyam Perri bildirib.

Devid Perri Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi ilə bağlı deyib: “Mən illər öncə Gəncəyə səfər etmişəm və mətbuatdan oraya olan hücumla bağlı xəbər oxuduğum zaman çox kədərləndim. Mülki əhalinin yaşadığı şəhərə belə bir hücum qəbuledilməzdir. Yaralanmış uşaqları, həyatını itirən insanları görmək çox kədərlidir. O, insanlar bunu yaşamamalı idilər. Mən düşünürəm ki, Prezident İlham Əliyev çox cəsur insandır və çox düzgün siyasət aparır”. (Azərtac) Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!