Hər ilin fevralında keçirilən Münxen Təhlükəsizlik Konfransı həm Azərbaycan, həm də digər iştirakçı ölkələr üçün bir sıra mühüm məqamlarla yadda qalır. 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlər, iştirak etdiyi plenar iclaslarda ona ünvanlanan suallara təmkinlə, diplomatik məharətlə verdiyi cavabları, həmçinin həm xarici, həm də yerli mətbuata müsahibələri postmünaqişə dövrü ilə yanaşı, 30 illik işğal dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə Münxen Təhlükəsizlik Konfransının builki görüşünün əhəmiyyətindən geniş bəhs edərək bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan açıq-aşkar sülh müqaviləsinin imzalanması prosesinin uzadılmasında maraqlı olduğunu təsdiqlədi. pizza mizza
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, dünya birliyi bir daha Prezident İlham Əliyevin bəyanatları, çağırışları fonunda Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğunun şahidinə çevrildi.
Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlham Əliyev danışıqlardan yayınan, sülh müqaviləsinin imzalanması prosesinin hər vəchlə uzanmasına səy göstərən Ermənistanı Münxendə növbəti dəfə ifşa etdi.
Vüqar Rəhimzadə bildirib ki, Münxen Konfransı Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü. Qalib ölkə liderinin bu nüfuzlu beynəlxalq platformada ortaya qoyduğu mövqe ölkəmizin beynəlxalq miqyasda iqtisadi, siyasi, diplomatik üstünlüklərinin açıq-aydın ifadəsi idi.
Telegram kanalımız