Zaqatala rayon Əliabad qəsəbəsində 17 yaşlı qızın ailəsi tərəfindən zorla nişanlandığı üçün intihar etməsi ilə bağlı yayılan xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, müğənni Murad Arif də Gülərə dəstək olmaq üçün “Instagram”da post paylaşıb.
“Yayılan məlumata görə, əsl adi Gülər idi, dostları Liana deyirdi...17 yaşı var idi... Oxumaq, təhsil almaq arzusunda idi... Ailəsi tərəfindən zorla nişanlandırılacaqdı. Həyətinlərindəki tövlədə kəndirdən özünü asdı.... Onu öldürənlər hələ də azadlıqdadır”, yazan ifaçı "Liana üçün susma" həştəqi ilə dəstək olub.
Dominos pizza
Əsmətxanım
Telegram kanalımız