Muradov Moskva danışıqlarının müzakirəsi üçün İrəvana gedir

saytların hazırlanması

Evə çatdırılma

Muradov Moskva danışıqlarının müzakirəsi üçün İrəvana gedir

Siyasət

04 İyun 2021 01:54 1168


Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov bu gün Moskvadan İrəvana səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə "Jovoğurd" nəşri məlumat verib.

Onun ötən gün Azərbaycan, Ermənistan və Rusiya arasında keçirilən üçtərəfli danışıqların nəticələrini İrəvan rəsmiləri ilə müzakirə edəcəyi gözlənilir. Dördpendirli pizza

Xatırladaq ki, iyunun 2-si Moskvada Azərbaycan və Ermənistan nümayəndələri arasında sərhəddəki vəziyyətlə bağlı danışıqlar keçirilib.

Danışıqlarda Ermənistan tərəfdən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və sərhəd qoşunları Baş Qərargah rəisi Arman Qasparyanın, Rusiya tərəfdən ​isə Qarabağdakı sülhməramlı kontingent komandiri Rüstəm Muradovun iştirak etdiyi bildirilir./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!