“Musa Quliyev belə fikirlər səsləndirə bilməz”

saytların hazırlanması

Evə çatdırılma

“Musa Quliyev belə fikirlər səsləndirə bilməz”

Sosial

12 Fevral 2019 17:09 847


“Xaricdən Azərbaycana qarşı söyüş söyənlərin qarşısını almaq üçün biz də öz milli sosial şəbəkəmizi yarada və digər sosial şəbəkələri bağlaya bilərik. Bununla da yaranan təhlükələrin qarşısını almaq mümkündür. Hər bir ölkə kimi, bunu biz də edə bilərik”

Millət vəkili Musa Quliyevin bu açıqlaması böyük müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deputatın bu cür fikirlər səsləndirdiyini düşünmür: Toyuqlu pizza

“Bir neçə gün bundan öncə Milli Məclisin üvzü  Musa Quliyevlə telefonda sosial mediadakı mövcud vəziyyəti müzakirə etmişdik. Bir xeyli fikir mübadiləsi etdik. Oxşar və fərqli yanaşmalarımız oldu.

Ümumən sosial medianın Azərbaycan seqmentinin əhəmiyyəti , bu seqmentin faydalı tərəflərinin gücləndirilməsi, zərərli informasiyalardan qorunması, ictimai faydalı çəkisinin artırılması ilə bağlı fikirlərimiz, düşünürəm ki elə də fərqlənmirdi. Baxıram ki, Musa Quliyevin adından Azərbaycanda sosial medianın bağlanmasının dəstəklənməsi ilə bağlı fikirlər səslənib. Həmin danışığı bir daha xatırlayıram. Fikrimcə deputat belə fikirlər səsləndirməyib”.

O.Gündüz düşünür ki, mediada Musa Quliyevin adından gedən yazılarda yanlışlığa yol verilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!