Ağır xəstəlikdən əziyyət çəkən şair Musa Yaqub İsmayıllıdan Bakıya gəlib. “Yeni Sabah” xəbər verir ki, bu haqda Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.
O, M. Yaqubla görüşdüyünü qeyd edib: “Bu gün Yardımlıdan geri dönərkən qəfildən görkəmli şairimiz, əziz dostum Musa Yaqubdan zəng gəldi. "Hardasan?", "Yardımlıdan qayıdıram" - dedim. "Mən də Bakıdayam. Görüşək." - dedi. Səsi sağlam idi. Axşam evinə getdim. Qarşıma axsaya-axsaya, əli əsalı çıxdı.
Sonuncu görüşümüzdən sonra xeyli dirçəlmişdi. Gülə-gülə" şükür, yaxşısan! Bu Əzrayıl müəllim, bilmir ki, şairləri bu həyatdan qoparmaq o qədər də asan deyil..." - dedim. pizza
Üz-üzə oturmuşduq.Gah mənə, gah əlindəki əsaya baxıb "görürsən də bu əsanı, o boyda meşələrin bizə hədiyyəsi..."- deyə gülümsədi.
Bu acı bir həqiqətdi. "Deyirsən yəni bir ömür gözəlliyindən yazdığımız o meşələrdən, o cökəliklərdən, o vələslərdən bizə çatan quruca bir budaqdır?"
Fikrimi təsdiq edərək əsanı əlində oynada-oynada yenicə doğulan misralarını pıçıldayır... Həmişə olduğu kimi, ölkənin və cəmiyyətin problemləri ilə bağlı narahatlıqlarını paylaşır.
Söhbətimizin axırında " bu boyda stajımızı batıra bilmərik" deyib asta- asta mətbəxə keçdi. Bir azdan "Sən bir bunun adına bax e!"- deyib "Sevgilim" şərabını masanın üstünə qoydu. Yanında da keçi pendiri... Vəssalam. Hansı görüş və ya hansı restoran bu məclisimizi əvəz edə bilərdi?”.
Telegram kanalımız