“Müsabiqəsinin Ukraynada keçirilməyəcəyinə kədərlənirik“ - Qalib qrup

saytların hazırlanması

Evə çatdırılma

“Müsabiqəsinin Ukraynada keçirilməyəcəyinə kədərlənirik“ - Qalib qrup

Şou

26 İyul 2022 19:41 984


“Əlbəttə, gələn il Eurovision Mahnı Müsabiqəsinin Ukraynada keçirilməyəcəyinə görə çox kədərlənirik".

Yenisabah.az "The Independent"ə istinadla xəbər verir ki, “Eurovision 2022”nin qalibləri, Ukraynanın “Kaluş Orkestra” rep qrupunun üzvləri müsabiqənin Böyük Britaniyaya köçürülməsinə bu cür münasibət bildiriblər. 

“Əlbəttə, gələn il Eurovision Mahnı Müsabiqəsinin Ukraynada keçirilməyəcəyinə görə çox kədərlənirik. Amma biz Böyük Britaniyaya həmrəyliyinə və ölkəmizə dəstək məqsədilə tədbir keçirməyə razılıq verdiyinə görə minnətdarıq. Ümid edirik ki, “Eurovision 2023” Ukrayna ləzzətinə malik olacaq və gözəl, bənzərsiz mədəniyyətimizi tərənnüm edəcək”, - "Kaluş Orkestra"nın rəhbəri Oleq Psyuk vurğulayıb. pizza mizza

Avropa Yayım Birliyi (EBU) ərəfəsində Eurovision 2023-ün Böyük Britaniyada keçiriləcəyini açıqlayıb. Əvvəlcə Ukrayna müsabiqəyə ev sahibliyi etməli idi, lakin təhlükəsizlik baxımından tədbir başqa ölkəyə keçirilməli idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!