Müsahibələrə 1100-dən çox müəllim qatılıb

saytların hazırlanması

Evə çatdırılma

Müsahibələrə 1100-dən çox müəllim qatılıb

Sosial

25 Aprel 2019 19:31 958


Azərbaycanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi yekunlaşıb.

Təhsil Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, aprelin 22-dən 24-dək keçirilən müsahibələrə 1170 müəllim qatılıb.

Müsahibənin nəticələri ilə bağlı tezliklə hər bir namizədin şəxsi səhifəsinə məlumat göndəriləcək. pizza sifarişi

Qeyd edək ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!