Müsavat bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Müsavat bəyanat yaydı

Siyasət

06 Mart 2019 20:43 1160


Müsavat Partiyası martın 10-na təyin etdiyi yürüş-mitinqlə bağlı müraciətə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mənfi cavab verilməsi ilə əlaqədar bəyanat yayıb. 

“Yeni Sabah”ın məlumatına görə, bəyanatda qeyd edilib ki, Müsavat Partiyasının yürüş-mitinq keçirilməsi üçün müraciət etdiyi ərazilər Bakı şəhərinin mərkəzində yerləşmir:

“Aksiyanın bazar günü keçirilməsi nəzərdə tutulurdu ki, həmin gün küçələrdə avtomobillərin ən az olduğu gündür. İcra Hakimiyyətinin məktubunda həmçinin qeyd olunur ki, kütləvi aksiyaların keçirilməsi üçün yerlər müəyyən olunub. Vətəndaşların sərbəst toplaşma azadlığı müvafiq icra hakimiyyətinin ayırdığı ayrı-ayrı məkanlarda deyil, qanunla qadağan olunmuş xüsusi ərazilər istisna olmaqla hər yerdə təmin olunmalıdır. Dördpendirli pizza

Bununla yanaşı, Müsavat Partiyasının yürüş-mitinq üçün müraciət etdiyi məkanlardan biri, Həsən Bəy Zərdabi küçəsi əvvəllər də dəfələrlə yürüşlərin, “Məhsul” stadionu isə dəfələrlə mitinqlərin keçirildiyi məkandır. Başlıcası isə sərbəst toplaşma azadlığı fundamental insan haqlarına aid olduğu üçün başqa hüquqların qorunması ilə əsaslandırılaraq məhdudlaşdırıla bilməz. Qanunvericiliyə əsasən ictimai əsayişin qorunması polisin funksiyasıdır. Kütləvi tədbirlərin keçirilməsinə icazə verilib-verilməməsi isə icra hakimiyyətinin səlahiyyətinə aid deyil”.

Qeyd edilib ki, partiya  Azərbaycanda hüquqi dövlət, azad cəmiyyət yaradılması uğrunda mübarizəsini sonadək davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!