Xəbər verdiyimiz kimi Bakı meriyası Müsavat Partiyasının yürüş-mitinqinə icazə vermədi.
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Yeni Sabah”a açıqlamasında bundan sonrakı addımlardan söz açıb. O bildirib ki, mitinqlə bağlı partiya rəhbərliyi toplaşacaq:
“Yalnız bundan sonra müzakirələr edilib, qərar verilə bilər. Hələ ki, gözləmək lazımdır. Çünki hazırda Müsavat partiyasının rəhbərliyi Qaradağ rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının sədri, siyasi məhbus Əbülfəz Sadıqbəylinin məhkəmə prosesindədir. Gərək toparlanaq və növbəti addımları düşünək. Bilirsiniz, bu məsələlər yalnız birlikdə müzakirələrdən sonra həll olunur. Yəqin ki, günün sonuna qədər qərarımız olacaq”. pizza
G.Aslanlı “İcazəsiz mitinq ola bilərmi” sualına belə cavab verib: “Hər şeyin olma ehtimalı var. Gözləyin”.
Qeyd edək ki, partiyanın meriyaya müraciətində qeyd olunurdu ki, Müsavat Partiyası martın 10-da, saat 15:00-dan 17:00-dək Azadlıq metrostansiyası yaxınlığındakı meydandan başlamaqla S. S. Axundov küçəsi ilə yürüş, sonda Dərnəgül metrostansiyası yanındakı meydanda mitinq keçirəcək. Aksiyada “Siyasi məhbuslara azadlıq” və digər tələblər irəli sürüləcəkdi.
Günay Rəsulqızı
Telegram kanalımız