Müsavat Partiyası bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Müsavat Partiyası bəyanat yaydı

Siyasət

06 Fevral 2019 03:16 1176


Müsavat Partiyası Cənubi Azərbaycanda tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin növbəti dəfə həbs edilməsi ilə bağlı bəyanat yayıb.

“Yeni Sabah” xəbər verir ki, partiya onun azad olunmasını tələb edib: “İran İslam Respublikasında azərbaycanlı milli fəallara qarşı təzyiq və təqiblər davam edir.

Bu günlərdə milli-mədəni fəal, azərbaycanlıların milli- mədəni hüquqları uğrunda mübarizənin liderlərindən biri Abbas Lisani İran rejimi tərəfindən növbəti dəfə həbs olunub. Bundan əvvəl də Babək qalası yürüşü və Savalan dağını ziyarət etdikləri üçün xeyli sayda azərbaycanlı fəal, o cümlədən Abbas Lisani İran məhkəmələri tərəfindən həbsə məhkum edilmişdi. Dominos pizza

Müsavat Partiyası bütün bu baş verənləri insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, vətəndaşların milli mənsubiyyətinə görə təqib edilməsi hesab edirək qətiyyətlə pisləyir. Abbas Lisani başda olmaqla İran həbsxanalarında saxlanılan bütün milli fəalların bəraət verilməklə dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!