Müsavat Partiyasını kim maliyyələşdirir? –   Şok iddia

saytların hazırlanması

Evə çatdırılma

Müsavat Partiyasını kim maliyyələşdirir? – Şok iddia

Siyasət

12 Avqust 2019 17:45 4740


“Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbəri “Sirab” şirkəti maliyələşdirir”. 

“Yeni Sabah” xəbər verir ki, bu sensasion iddia ilə hazırda Avropada yaşayan müsavatçı jurnalist Laçın Məmişov çıxış edib. 

“Youtube” üzərində canlı yayım edən jurnalist İsa Qəmbəri və Müsavat Partiyasının başqanı Arif Hacılını bu barədə suallarına cavab verməyə çağırıb: Toyuqlu pizza

“Mən buradan İsa Qəmbərə və Arif Hacılıya müraciət edib, “Sirab”dan onlara nəyə görə pullar verilməsinə cavab istəyirəm. Bu gün İsa Qəmbərin bütün müalicə xərclərini “Sirab” şirkəti ödəyir. İsa Qəmbər, Arif Hacılı, bu suallara cavab verin. Məndən qaça bilməyəcəksiniz. Gec-tez ifşa olunacaqsınız”.

Qeyd edək ki, “Sirab” şirkəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə şirkətlərindən biridir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!