“Müsavat Partiyası azad və ədalətli seçkilərin tərəfdarıdır. Azərbaycanda seçkilər demokratik prinsiplərə uyğun keçirələcksə, təbii ki, Müsavat Partiyası da seçkidə iştirak edəcək”.
Bunu “Yeni Sabah”a Müsavat başqanının müavini Gülağa Aslanlı “boykot, yoxsa seçkidə iştirak” diskussiyasına münasibət bildirərkən deyib.
Qeyd edək ki, hazırda bu mövzu ətrafında iki müxalif təşkilat - Respublikaçı Alternativ Partiyası (REAL) və Milli Şura – arasında müzakirələr gedir. REAL seçkidə iştirakın, Milli Şura isə boykotun tərəfdarı kimi çıxış edir. Toyuqlu pizza
Müsavat Partiyası isə hələ ortaya konkret mövqe qoymayıb. Gülağa Aslanlı bildirib ki, seçki prosesinə start veriləndən sonra Müsavat qərarını açıqlayacaq.
“Hələ seçkiyə var. Seçki rəsmi şəkildə elan edildikdən sonra Müsavat Partiyası öz qərarını açıqlayacaq”, - deyə başqan müavini bildirib.
Yenisabah.az
Telegram kanalımız