“28 sentyabr mitinqi ilə bağlı Müsavat Partiyasında hələ hər hansı müzakirə aparılmayıb”.
Bu barədə “Yeni Sabah”a Müsavat Partiyası Mərkəzi İcra aparatının rəhbəri Gülağa Aslanlı Milli Şuranın 28 sentyabr mitinqi barədə danışarkən deyib. O, əlavə edib ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qərarını gözləyir.
“Adətən biz Bakı Şəhər İcra Hakimiyyətinin qərarı bəlli olduqdan sonra mitinqə qatılıb-qatılmamaq barədə müzakirələrə başlayırıq. Bu dəfə də belə olacaq. Qərar bəlli olduqdan sonra Müsavat Partiyası müzakirələr aparıb mövqeyini açıqlayacaq”,- deyə Müsavat yetkilisi bildirib. Pepperoni pizza
Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli isə deyib ki, təmsil etdiyi təşkilat 28 sentyabr mitinqinə qatılmayacaq.
“Biz təşkilatçısı olmadığımız aksiyalara partiya şəklində qatılmırıq. Ona görə də 28 sentyabr mitinqinə partiya olaraq qatılmaq niyyətimiz yoxdur. Lakin üzvlərimiz sərbəst toplaşmaq hüquqlarından istifadə edərək fərdi şəkildə aksiyaya qatıla bilərlər”,- deyə Natiq Cəfərli bildirib.
Telegram kanalımız